Soğan və sarımsaq immun sistemini gücləndirən və mövsümi soyuqdəymə ilə mübarizə aparan faydalı qidalardan hesab olunur. Lakin hər kəs onları yeyə bilərmi?
Foodinfo.az xəbər verir ki, bu sualı cavablandıran diyetoloq Yelena Tixomirovanın sözlərinə görə, allergiyaya meylli insanlar üçün sarımsaq və soğan yemək tövsiyə edilmir. Bundan əlavə, qida allergiyası müəyyən xəstəliklər zamanı da yarana bilər, məsələn, yaz allergiyası kimi tanınan pollinoz (bitki tozcuqlarına qarşı mövsüm xarakterli allergik reaksiyalar kompleksi).
Həmçinin sarımsaq və soğanı mədə-bağırsaq traktının xəstəliklərinin (qastrit, xoralar, xolesistit, pankreatit) kəskinləşməsindən əziyyət çəkənlər yeməməlidir, çünki qıcıqlanmış və iltihab yaranmış bağırsaqlar və ya mədə-bağırsaq traktının bəzi hissələri bu məhsullara çox mənfi reaksiya verəcək.
Bundan əlavə, köpə meylli insanlar da soğanı rasiondan çıxarmalıdırlar, çünki onun tərkibində orqanizm tərəfindən çətin həzm olunan fukoza karbohidratı var,
Leyla