Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. Foodinfo.az-ın məlumatına görə, agentlik əməkdaşları tərəfindən Tərtər rayonu, H. Əliyev prospektində yerləşən ərzaq məhsullarının satışı bazarında keçirilən reyd zamanı fiziki şəxs İsmayılov Ramiz Torağay oğluna məxsus ət satışı məntəqəsində ətlərin baytarlıq ekspertizasından keçmədən, möhürsüz satışa çıxarıldığı və məhsullara dair müvafiq müşayiətedici sənədlərin olmadığı məlum olub. Məhsuldan nümunələr götürülərək müayinələrin aparılması üçün AQTİ-nin müvafiq laboratoriyasına təqdim edilib, ət satışının qarşısı alınıb və müsadirə edilərək saxlanca qoyulub. Müayinələr nəticəsində məhsulun texniki normativ sənədlərin tələblərinə uyğun olmadığı, istehlaka yararsız olduğu aşkar edilib. Aşkar olunan faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində istehlaka yararsız ümumi çəkisi 176 kq ət yandırılaraq məhv edilib, müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb edilib. Araşdırmalar davam etdirilir. AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaqdır. [gallery ids="40223,40224"]