İstər bazardan alınan, istərsə də öz həyətinizdə əkilən giləmeyvəni yemədən öncə mütləq yumaq lazımdır. 

Foodinfo.az xəbər verir ki, bu barədə Gazeta.Ru-ya dietoloq, parafarmasevt və qida məsləhətçisi Alla Ponimatkina xəbərdarlıq edib.

Ekspertin sözlərinə görə, giləmeyvənin üzərinə çox vaxt müxtəlif növ mikroorqanizmlər, o cümlədən virus, bakteriya və parazitlər düşür. Bu, adətən, palçıq, natəmiz su, heyvanlar və həşəratlarla təmas nəticəsində olur.

İnsan yuyulmamış giləmeyvə yedikdə qida ilə bağlı xəstəliklərə yoluxma riski ilə üzləşir. Məsələn, hepatit A, salmonellyoz, dizenteriya, malyariya, tripanosomoz, brusellyoz və s.

Özünüzü və yaxınlarınızı xoşagəlməz nəticələrdən qorumaq üçün meyvələrin yuyulmasına diqqət etmək kifayətdir. Daha yaxşı təmizləmək üçün isə xüsusi vasitələrdən istifadə etmək olar. də bilərsiniz. 

Nurlan