Ekspertlər hesab edirlər ki, bəzi qida məhsullarını acqarına istifadə etmək orqanizm üçün zərərlidir.

Foodinfo.az xəbər verir ki, bu barədə Rusiya KİV yazıb.

Mütəxəssislər bu cür qidalar arasında xüsusən şirniyyat və sitrus meyvələrini qeyd edirlər. Bu cür məhsullar mədənin fəaliyyətini pozur.

Həmçinin ekspertlər acqarına bananın istifadəsini də məsləhət bilmirlər.

Sitrus meyvələrinin acqarına istifadə zamanı qastrit və allergiyalara səbəb olduğu qeyd olunur.