Alma insan orqanizmi üçün bir çox faydalı cəhətləri ilə sevilən meyvələrdən biridir. 

Foodinfo.az Türkiyə KİV-ə istinadən bu meyvənin bilinməyən faydalarını da açıqlayır.

Belə ki, almanın bütün növləri insanın tox qalmasına kömək olur. Çünki bu meyvənin tərkibində həll olan zülallar və toxluq hissi yaradan pektin hormonu mövcuddur. 

Bundan əlavə alma yemək orqanizmdə qlükoza miqdarını tənzimləyir, itirilən enerjini bərpa etməyə yardım edir.

Nurlan