Ekspertlər orqanizmimizdəki bir çox narahatlığın səbəbinin qidalanma olduğunu bildirirlər. Foodinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, qidalanmamızda faydasız lakin tez hazırlanan qidalara o qədər bağlıyıq ki, bunların sağlamlığımıza zərbə vurduğunun fərqinə varmırıq. 


Məsələn, emal olunmuş ətin tərkibindəki ifrat duz və nitrat orqanizm üçün zərərlidir. Həmçinin qızardılmış məhsulların yağ tərkibi də sağlamlığımıza ağır zərbə vurur. Ağ unun tərkibindəki xlor dioksid, cipslərin tərkibindəki monosodium qlutamat, şirniyyatların tərkibindəki süni rəngləndiricilər, doymuş yağlar və şəkər orqanizmə mənfi təsir göstərir. 


Bundan əlavə dondurulmuş dəniz məhsulları, marqarin, turşu, hind toyuğu, qurudulmuş meyvələr və dondurma kimi məhsullar da bir çox narahatlıqların başlıca səbəbidir.

Leyla