2021-ci ildə Azərbaycanda 77 min 3 aya qədər körpə ana südü ilə qidalanıb, onlardan yalnız ana südü ilə qidalananların sayı isə 50,9 min olub.

Bu barədə Foodinfo.az Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir.

Məlumata görə, 2020-ci ildə ölkədə 82 min 3 aya qədər körpə ana südü ilə qidalanmış, onlardan da 55 mini yalnız ana südü ilə qidalanmışdı. Son nəticədə ana südü ilə qidalanan 3 aya qədər körpə sayı 6,1 % azalıb, yalnız ana südü ilə qidalananların sayı isə 7,5 % azalıb.

Hesabat dövründə Azərbaycanda ana südü ilə qidalanan 6 aya qədər körpə sayı ilik müqayisədə 10,6 % azalaraq 57,1 minə, onlardan yalnız ana südü ilə qidalananların sayı isə 10,4 % azalaraq 31,9 minə enib.

2021-ci ildə Azərbaycanda ana südü ilə qidalanan 12 aya qədərki körpə sayı 42,5 min (əvvəlki illə müqayisədə 4,3 % az), 1,5 yaşa qədərki körpə sayı 16,1 min (4,2 % az), 2 yaşa qədərki körpə sayı isə 9,1 min (2,2 % az) təşkil edib.

Şəbnəm