Ana südünün insan orqanizmi üçün bir çox faydaları mövcuddur. 

Foodinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV-də qeyd olunub.  

Ana südünün astma, tip1 diabet riskini azaltmaqdan tutmuş infeksiyalarla mübarizəyə qədər bir çox faydaları elmi cəhətdən sübuta yetirilib. Amerika Pediatriya Akademiyası, Ümumdünya Səhiyyə Təşkilatı və UNICEF körpələrə həyatlarının ilk altı ayında verilən tək qidanın ana südü olmasını tövsiyə edir. Bir çox araşdırmalar ana südü ilə qidalanma ilə həyatın sonrakı dövründə sağlamlıqla bağlı problemlərin, köklük, kardioloji xəstəliklər arasında əlaqə olduğunu göstərir.