Növbəti maarifləndirici materialımız arıçılıqda dövlət tənzimlənməsinin əsas istiqamətləri ilə bağlıdır.

Foodinfo.az xəbər verir ki, arıçılıq sahəsində dövlət tənzimlənməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən bir sıra istiqamətlər üzrə həyata keçirilir.

Bu sıraya arıçılığın inkişafının əsas istiqamətlərini müəyyən etmək və dövlət himayəsini həyata keçirmək; arıçılıq məhsulları ilə, arıçılıqda istifadə olunan avadanlıq və vasitələrlə bağlı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktları təsdiq etmək, baytarlıq nəzarətini həyata keçirmək (baytarlıq şəhadətnaməsini vermək), arıçılıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatına almaq, arıçılıqla məşğul olan təsərrüfatlarda istehsal olunan məhsullara dair gigiyena normativlərini təsdiq etmək də daxildir.

Habelə, arıçılığın inkişafı üzrə dövlət proqramları, layihələr, habelə seleksiya-damazlıq proqramları hazırlamaq, onların maliyyə mənbələrini müəyyən etmək və həyata keçirilməsini təşkil etmək; arıçılıq təsərrüfatlarının qeydiyyatını həyata keçirmək; balyığma mənbələrinin aşkar edilməsi, nektarlı və şirəli bitkilərin seleksiyası işini təşkil etmək, bu sahədə toxumçuluğun və tingçiliyin inkişaf etdirilməsini dəstəkləmək və stimullaşdırmaq; qanunvericiliyə uyğun olaraq ekoloji təmiz arıçılıq məhsulları istehsalının təmin edilməsinə nəzarət etmək və s. daxildir.