
Püstə arıqlamağa, immunitet sistemini gücləndirməyə və qocalmanı ləngitməyə kömək edir. Foodinfo.az bildirir ki, həkim Yana Şmeleva bu barədə "Podmoskovie Segodnya" onlayn nəşrinə müsahibəsində danışıb. Onun sözlərinə görə, qoz-fındıq xüsusilə hamilə qadınlar üçün faydalıdır.
“Püstə immunitet sistemini gücləndirir və döldə qüsurların inkişafının qarşısını alır. Onlar həmçinin qocalmanı ləngidir, dərini hamar və elastik edir”, - ekspert vurğulayıb.
O qeyd edib ki, püstədə çoxlu lif, B vitaminləri və görmə kəskinliyini yaxşılaşdıran lutein var. Bu qoz-fındıq həm də zülal və antioksidantlarla zəngindir. Onlar arıqlamaq və diabet, ürək xəstəlikləri və həddindən artıq əsəbiliklə mübarizə üçün faydalıdır.