Su içmək sağlamlıq üçün çox vacibdir, lakin yanlış vərdişlər bədənə zərər verə bilər.

Foodinfo.az su içərkən ən çox edilən səhvləri təqdim edir:

1. Ayaqüstə su içmək

Su mədəyə birdən düşərək həzm sistemini poza bilər. Ən yaxşısı oturaraq yavaş-yavaş içməkdir.  

 2. Çox soyuq su içmək

Soyuq su damarları daraldır, həzmi ləngidir və boğaz infeksiyalarına səbəb olur.

3. Suyu birdən-birə çox içmək

Böyrəklərə əlavə yük düşə bilər, həmçinin mədədə şişkinlik yaradar. Suyu yavaş içmək daha məqsədəuyğundur.  

4. Yemək zamanı çox su içmək

Həddindən artıq su mədə şirəsini seyrəldərək həzmi çətinləşdirir. Ən yaxşısı, yeməkdən 30 dəqiqə əvvəl və ya sonra içməkdir.  

5. Az su içmək

Orqanizmin su balansı pozularsa, yorğunluq, baş ağrısı və böyrək problemləri yarana bilər. Gündə ən azı 6-8 stəkan su içmək vacibdir.  

6. Plastik şüşələrdən su içmək

Bəzi plastiklərdə olan kimyəvi maddələr hormonal balansı poza bilər. Şüşə və ya metal qablar daha sağlam seçimdir.