Arıqlamaq istəyənlər üçün blinlərdən tam imtina etmək vacib deyil – əsas məsələ düzgün içlik seçimidir. Maslenitsa həftəsi ərəfəsində həkim-diyetoloq Yelena Solomatina fiquruna nəzarət edən, lakin ənənəvi təamdan imtina etmək istəməyənlərə tövsiyələr verib.
Foodinfo.az “Abzas” nəşrinə istinadla xəbər verir ki, mütəxəssis şirin olmayan variantlar üçün kələm, göbələk, noxud və ya nutdan istifadə etməyi məsləhət görür. Onun sözlərinə görə, termiki emaldan keçmiş bəzi tərəvəzlərlə – məsələn, yerkökü, çuğundur və kartofla ehtiyatlı olmaq lazımdır. Bu məhsullar yüksək qlisemik indeksə malikdir və əlavə kalori yükləyə bilər.
Desert tipli blinlər üçün isə turş giləmeyvələr – brusnika, quşüzümü və qarağat tövsiyə olunur. Turş dadı şəkərsiz yumşaltmaq üçün onları banan və az yağlı kəsmiklə qarışdırmaq mümkündür. Həmçinin sobada bişmiş alma da yaxşı seçim sayılır.
Diyetoloq balıq içliklərinə də xüsusi diqqət yetirib. Yağlı növlər, məsələn, qızılbalıq istifadə oluna bilər, lakin yüksək kalorili olduğu üçün cəmi bir-iki dilim əlavə etmək kifayətdir. Mütəxəssis mümkün olduqda fermada yetişdirilən deyil, vəhşi balığa üstünlük verilməsini məsləhət görür.






