Arpa çayı arpa dənələrinin qaynadılaraq hazırlanması ilə əldə edilən təbii içkidir və bir çox sağlamlıq faydaları ilə məşhurdur.  

Foodinfo.az xəbər verir ki, arpa çayı həzm prosesini yaxşılaşdırır və bağırsaqları rahatlaşdırır. Xüsusilə qəbizlik problemlərini azaldır.  

Arpa çayı böyrəkləri təmizləyərək sidik kisəsinin funksiyasını gücləndirir və toksinlərin atılmasına kömək edir.  

Vitaminlər və minerallar ilə zəngin olan arpa çayı bədənin xəstəliklərə qarşı müqavimətini artırır.  

Dərini nəmləndirərək dermatit və digər dəri problemlərini azaldır. Həmçinin antioksidantlarla zəngin olduğundan dərini qoruyur.  

Sakitləşdirici təsiri vardır və rahat yuxuya getməyə kömək edir.  

Arpa çayı maddələr mübadiləsini sürətləndirir və bu da arıqlamağa dəstək verir.  

Eyni zamanda arpa çayı həmçinin sidik yolu infeksiyaları və inflamasiya ilə mübarizədə faydalıdır.