
Südün təzə qalması üçün düzgün şəraitdə saxlanması vacibdir. Foodinfo.az xəbər verir ki, yemperatur, qablaşdırma və saxlanma müddəti südün keyfiyyətini qorumaqda əsas amillərdir.
1. Doğru temperaturda saxlayın- Süd soyuducuda +1°C – +4°C arasında saxlanmalıdır.
Açılmamış süd soyuducuda 7-10 gün qala bilər. Açıldıqdan sonra isə 2-3 gün ərzində istehlak edilməlidir.
2. Soyuducunun qapısında saxlamayın- Südü soyuducunun ən soyuq hissəsində (arxa tərəfdə) saxlamaq daha yaxşıdır. Çünki qapıda temperatur dəyişdiyindən tez xarab ola bilər.
3. Açıq halda buraxmayın- Həmişə orijinal qablaşdırmada və ya qapaqlı şüşə/qabda saxlayın. Açıq halda qaldıqda bakteriyalar çoxala bilər.
4. Südü dondurmaq da mümkündür- Südü -18°C-də dondurmaq olar və belə halda 3 aya qədər saxlanır. Amma dondurulduqdan sonra konsistensiyası bir qədər dəyişə bilər.
Düzgün saxlanma südün dadını, keyfiyyətini və qidalandırıcı dəyərini qoruyur.