Bədənin enerjili qalması üçün düzgün qidalanma əsas amillərdən biridir. Foodinfo.az bildirir ki, protein, sağlam yağlar və kompleks karbohidratlar enerji səviyyəsini sabit saxlamağa kömək edir.

Səhər yeməyində yulaf və yumurta qəbul etmək uzunmüddətli enerji verir. Günorta saatlarında qoz, badam və fındıq kimi qidalar beyin fəaliyyətini artırır. Təmiz su və bitki çayları orqanizmin su balansını qoruyur. Banan, alma və portağal kimi meyvələr təbii şəkərlərlə bədəni gücləndirir.

Yaşıl çay və tünd şokolad antioksidantlarla zəngindir və enerjini artırır. Qırmızı ət və balıq B vitamini ilə zəngin olub yorğunluğu azaldır. Şəkərli içkilər və fast-food məhsulları isə enerjini müvəqqəti artırıb sonra kəskin şəkildə azaldır. Balanslı və müntəzəm qidalanma gün ərzində yorğunluğun qarşısını alır. Fiziki aktivliklə birlikdə düzgün qidalanma orqanizmi daha güclü saxlayır.