
Sıyıq sağlam qidalanmanın əsas hissəsi hesab olunub. Bir çox dənli bitki arasında isə qarabaşaq sıyığı unikal xüsusiyyətləri ilə diqqət çəkir. Foodinfo.az xəbər verir ki, dənli bitkilərin "kraliçası" sayılan qarabaşaq, sağlamlıq üçün çoxsaylı faydalar verir.
Qarabaşaq sıyığı zəngin zülal, dəmir, maqnezium, kalium və liflə doludur. Bu maddələr bədənin funksiyalarını dəstəkləyir, xüsusən də ürək-damar və sinir sistemi, həmçinin həzm sisteminin sağlamlığını qoruyur. Qarabaşaq həmçinin B vitaminləri ilə zəngindir, bu da dərinin və saçın sağlamlığını təmin edir.
Qarabaşaq sıyığı, həmçinin şəkərli diabet, ürək-damar xəstəlikləri və mədə-bağırsaq problemləri olan insanlar üçün də faydalıdır. Onun aşağı glisemik indeksi qan şəkərinin səviyyəsini yüksəltmədiyi üçün diabet xəstələri üçün idealdır.
Qarabaşaq sıyığını düzgün bişirmək üçün taxılın yaxşıca yuyulması və aşağı istilikdə bişirilməsi tövsiyə olunur. Bu, sıyığın faydalı xüsusiyyətlərini qoruyub saxlayacaq.