
Meyvə və tərəvəzlər kimi, qoz-fındıq da yeməkdən əvvəl yuyulmalıdır. Bu məhsullar satışdan əvvəl müxtəlif mühitlərdə saxlanılır, daşınır və müxtəlif səthlərə toxunur, bu da onların üzərində bakteriya və digər çirklərin yığılmasına səbəb ola bilər.
Foodinfo.az qoz-fındığı niyə yumaq lazım olması barədə məlumatları təqdim edir:
Çirklənmə riski – Qoz-fındıq qablaşdırmasız satıldıqda, toz, heyvan tullantıları və insan əli ilə çirklənə bilər.
Patogenlər – Onların səthində dizenteriya, vərəm kimi xəstəliklərə səbəb ola biləcək bakteriyalar ola bilər.
Fitik turşusu – Qoz-fındıq fitik turşusu ehtiva edir ki, bu da orqanizmdə bəzi vitamin və mineralların mənimsənilməsinə mane ola bilər.