
Mərci çörəyi həm dadlı, həm də qlütensiz və sağlam bir alternativdir. Xüsusilə pəhriz saxlayanlar, qlütensiz qidalananlar və proteinlə zəngin çörək axtaranlar üçün əla seçimdir.
Foodinfo.az mərci çörəyinin üstünlüklərini təqdim edir:
✅ Qlütenə həssaslığı olanlar üçün uyğundur.
✅ Uzun müddət toxluq hissi yaradır.
✅ Bağırsaq sağlamlığına müsbət təsir göstərir.
✅ Un və maya tələb etmir.
Mərci çörəyini hazırlanmaq üçün lazım olanlar:
- 1 stəkan qırmızı mərci
- 1 stəkan su
- 1 çay qaşığı duz
- 1 çay qaşığı qabartma tozu (istəyə bağlı)
- 1 xörək qaşığı zeytun yağı
- İstəyə görə ədviyyatlar (kimyon, qara istiot və s.)
Hazırlanması:
1. Mərcini ən az 3-4 saat (və ya gecə boyu) suda saxlayın.
2. İslanmış mərcini suyu ilə birlikdə blenderdən keçirib tam hamar xəmir halına gətirin.
3. Duz, zeytun yağı və ədviyyatları əlavə edərək qarışdırın.
4. Tavaya bir az yağ çəkib qarışımı tökün və orta odda hər iki tərəfini 5-7 dəqiqə bişirin.
5. Sobada bişirmək istəyirsinizsə, 180°C-də 20-25 dəqiqə bişirin.
İsti və ya soyuq halda yeyə bilərsiniz. Üzərinə pendir, avokado və ya tərəvəz əlavə edərək daha ləzzətli hala gətirmək olar.