Emal olunmuş pendir gündəlik istehlak üçün münasib görünsə də, bəzi risklərə malikdir. Foodinfo.az bildirir ki, bu məhsul sərt pendirdən fosfatların əlavə edilməsi ilə hazırlanır və yüksək keyfiyyətli olduqda, adi pendirdən geri qalmır. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, həddindən artıq istehlak kalsiumun orqanizmdən yuyulmasına səbəb ola bilər.
Bəzi istehsalçılar məhsulun maya dəyərini azaltmaq üçün süd əvəzinə soya, palma yağı və trans yağlardan istifadə edirlər. Bu isə pendirin keyfiyyətini və sağlamlıq üçün faydasını azaldır. Təhlükəsiz məhsul seçmək üçün onun tərkibinə, istifadə müddətinə və rənginə diqqət yetirmək vacibdir. Uzunmüddətli saxlama tarixi konservantların çox olduğunu göstərir, parlaq rənglər isə boya maddələrinin istifadəsinə işarə edir.