Avropada qaz qiymətləri azalsa da, ərzaq ucuzlaşmır. Foodinfo.az bu barədə “Euronews”a istinadən xəbər verir. 
Qeyd olunur ki, Avropada qiymətlər ən tezi altı aydan sonra azalmağa başlaya bilər. Çünki şirkətlər enerji üçün çıxan əlavə xərcləri də kompensasiya etməyə çalışacaqlar. 
Bu dövrdə rekord qiymət artımı Macarıstanda baş verib. Belə ki, ölkədə ərzaq qiymətləri  faiz artıb. İkinci və üçüncü pillədə qiymət artımının 30 faizdən çox olduğu Litva və Slovakiya qərarlaşıb.
Qeyd edək ki, qiymət artımı prosesi Avropada 10 aydan çoxdur davam edir.

Nurlan