Azərbaycan bu ilin yanvar ayında Türkiyədən 452 min dollarlıq quru meyvə və məhsullarını idxal edib.

Foodinfo.az xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatında bildirilib.

Məlumata görə, bu, 2022-ci ilin eyni dövrünə nisbətən 119 min dollar və ya 20,9 % azdır.

Türkiyənin hesabat dövründə ümumi quru meyvə və məhsullarının ixracının dəyəri 128,117 milyard dollar (7,3 % çox) olub.