Azərbaycan 2022-ci ildə 18,563 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.

Foodinfo.az xəbər verir ki, 2021-ci ilə nisbətən Azərbaycanın kərə yağı və süddən hazırlanmış digər yağlar idxalı 23,5 % çoxdur.

12 ayda Azərbaycanın idxal etdiyi kərə yağı və süddən hazırlanmış digər yağların dəyəri 108,182 milyon dollar olub. Bu isə illik müqayisədə 37,2 % çoxdur.

Hesabat dövründə Azərbaycanın kərə yağı və süddən hazırlanmış digər yağlar idxalı ümumi idxalın 0,74 %-ni təşkil edib.