2023-cü ilin yanvar ayında Azərbaycanda 5 min dkl viski, konyak istehsal olunub ki, bu da illik müqayisədə 8.3 dəfə çoxdur.

Foodinfo.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi bildirir.

Komitənin hesabatına əsasən, cari ilin fevralın 1-i vəziyyətinə 30.6 min dkl hazır viski, konyak ehtiyatı var.

Bildirək ki, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə içki istehsalında 24.1 faiz artım, qida məhsullarının istehsalında 0.1 faiz, tütün məmulatlarının istehsalında isə 4.2 faiz azalma müşahidə olunub.