Azərbaycanın xaricə satdığı çay ucuzlaşıb. Belə ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan xaricə $3.4 mln. dəyərində 536 ton çay satıb. Bu satışın həcmi ötən ilin eyni dövrünə nisbətən 37.7% artsa da, satışdan gəlirlər cəmi 13% artıb. Foodinfo.az Banker.az-a istinadən xəbər verir ki,  bu barədə Dövlət Gömrük Komitəsinin hesabatlarında bildirilir. Xaricdən alınan çayın qiymətində bahalaşma var. Cari ilin ilk 4 ayında Azərbaycanın xaricdən aldığı çayın dəyəri 51.2% artaraq $25.6 mln.-a çatsa da, miqdarı cəmi 16.4% artıb. Qeyd olunan dövrdə ölkə xaricdən 5 166 ton çay idxal edib.