Balıq yağı uzun illərdir ki, sağlamlıq üçün tövsiyə olunan əlavələrdən biridir. Foodinfo.az bildirir ki, bu barədə dietoloq Yuliya Kuklina “TVC Doktor” proqramında danışıb. Mütəxəssis qeyd edib ki, balıq yağı omeqa-3 yağ turşuları ilə zəngindir və ürək-damar sisteminə müsbət təsir göstərir.

Eyni zamanda, bu əlavənin dərinin elastikliyini artırdığı və beyin fəaliyyətini dəstəklədiyi məlumdur. Kuklina bildirir ki, balıq yağını səhər və ya günorta yeməyindən sonra qəbul etmək daha məqsədəuyğundur. Boş mədəyə qəbul edilən balıq yağı bəzi insanlarda mədə narahatlığı yarada bilər.

Dozadan artıq istifadə isə qan durulaşdırıcı təsir göstərərək təhlükə yarada bilər. Hamilə qadınların və uşaqların balıq yağı qəbul etməzdən öncə həkimlə məsləhətləşməsi vacibdir. Ən keyfiyyətli məhsullar molekulyar distillə olunmuş və ağır metallardan təmizlənmiş növlərdir.

Kuklina vurğulayır ki, təbii formada (balıq əti ilə) qəbul balıq yağı kapsulundan daha faydalıdır. Omeqa-3 balanslı rasionda yer almalı, digər yağlarla birlikdə tənzimlənməlidir. Əlavə olaraq, balıq yağı isti yeməklərlə qəbul olunmamalıdır, çünki bu onun strukturunu poza bilər.