
Balqabaq tumu triptofan adlı amin turşusu ilə zəngindir. Triptofan isə melatonin və serotonin hormonlarının sintezi üçün əsas maddədir. Foodinfo.az aif.ru-ya istinadla xəbər verirki, bu hormonlar bədəndə yuxu rejiminin tənzimlənməsində əsas rol oynayır.
Serotonin sakitləşdirici təsir göstərir, melatonin isə yuxuya getməyi asanlaşdırır. Gecə yatmazdan əvvəl bir ovuc balqabaq tumu yemək rahat yuxu üçün təbii üsul sayılır. Balqabaq tumu həmçinin maqneziumla da zəngindir.
Maqnezium sinir sistemini rahatladır və əzələlərin boşalmasına kömək edir. Bu da yuxusuzluğun qarşısını ala bilər. Tərkibindəki sink də hormon balansını dəstəkləyir. Təbii, duzsuz və qovrulmamış formada istifadə tövsiyə olunur. Günlük 30 qramdan artıq istifadə edilməməlidir.
Yuxusuzluqla təbii yollarla mübarizə aparmaq istəyənlər üçün sadə və faydalı seçimdir.