
Duzsuz yemək bir çox insan üçün sağlamlığın açarı kimi görünə bilər. Lakin natrium çatışmazlığı orqanizmdə ciddi funksional pozuntulara səbəb ola bilər.
Foodinfo.az bildirir ki, duz orqanizmdə su-duz balansını tənzimləyən əsas minerallardan biridir. Onun yetərsiz qəbulu arterial təzyiqin qəfil enməsi, halsızlıq, başgicəllənmə və ürək ritmində dəyişikliklərlə nəticələnə bilər. Xüsusilə yüksək fiziki aktivliyə sahib və ya isti iqlimdə yaşayan insanlar üçün bu vəziyyət daha təhlükəlidir.
Bəzi araşdırmalara görə, uzun müddət çox aşağı natriumlu qida qəbulu böyrək funksiyalarını zəiflədə və insulin müqavimətini artıra bilər. Bu isə əks-effekt doğuraraq metabolik sindrom riskini artırır.
Mütəxəssislər qeyd edir ki, sağlam qidalanma zamanı məqsəd duzun tam çıxarılması deyil, onun normaya uyğunlaşdırılmasıdır. Gündəlik duz miqdarı təxminən beş-qram səviyyəsində saxlanmalı, bu da təxminən bir çay qaşığına bərabərdir.