Banana əksər insanlar sağlam və təhlükəsiz meyvə kimi yanaşır. Lakin bəzi hallarda onun tərkibindəki maddələr ürək-damar xəstəliklərindən əziyyət çəkən şəxslər üçün təhlükə yarada bilər.

Foodinfo.az bildirir ki, banan kaliumla son dərəcə zəngindir. Kalium orqanizmdə təzyiqin tənzimlənməsində mühüm rol oynasa da, böyrək funksiyası zəif olan və ya qan durulaşdırıcı dərmanlar qəbul edən insanlarda onun yüksək miqdarı kaliumun qanda yığılmasına səbəb ola bilər. Bu isə hiperkalemiya adlanan və ciddi ürək ritm pozğunluğuna gətirib çıxara biləcək bir vəziyyətə yol aça bilər.

Həmçinin bəzi araşdırmalar göstərir ki, bananın tərkibindəki serotonin ön maddələri (xüsusilə tiramin) damarların daralmasına təsir edə bilər. Bu xüsusilə migren və ya hipertoniya diaqnozu olan şəxslər üçün əlavə risk daşıyır.

Mütəxəssislər bildirir ki, sağlam insan gündə bir orta ölçülü bananı rahatlıqla istehlak edə bilər. Lakin ürək, damar və böyrəklə bağlı problemləri olan şəxslər üçün bu miqdar fərqli ola bilər. Belə hallarda həkimlə məsləhətləşmədən qidalanma rasionuna dəyişiklik etmək tövsiyə edilmir.