
Limon, duz və qazlı su qarışığı elektrolit balansını bərpa etmək üçün istifadə olunur. Bu qarışım xüsusilə susuzluq və yüngül halsızlıq zamanı bədəni canlandırır. Limon C vitamini ilə immun sistemini gücləndirir və hüceyrələri sərbəst radikallardan qoruyur.
Foodinfo.az xəbər verir ki, dəniz duzu və ya mineral duz tərkibindəki natrium, kalium və maqneziumla əzələ funksiyasını dəstəkləyir. Qazlı su isə bu maddələrin orqanizmə tez sorulmasına şərait yaradır. İdmandan sonra bədənin tez bərpasında bu qarışım təbii alternativ sayılır.
Həmçinin, həzm prosesini sürətləndirərək mədə turşuluğunu tarazlayır. Səhər acqarına qəbul edildikdə orqanizmi aktivləşdirir və enerjini artırır. Lakin yüksək təzyiq və böyrək problemi olanlar üçün duzlu qarışımlar riskli ola bilər. Qastrit və reflüksdən əziyyət çəkən şəxslərə də bu içki tövsiyə edilmir.
Qarışımın miqdarı nəzarətli olmalı, gündə bir stəkandan artıq qəbul edilməməlidir. Daimi istifadə üçün isə həkimlə məsləhətləşmək vacibdir.