
Axşam yeməyində zülal baxımından zəngin, lakin yağ tərkibi aşağı olan qidalar daha faydalı hesab olunur. Toyuq filesi və ya bişmiş balıq bu baxımdan ən yaxşı seçimlərdəndir. Qatıq və kəsmik kimi süd məhsulları həm yüngül, həm də mədə üçün rahatdır.
Foodinfo.az bildirirki, tərəvəz buğlaması və ya sobada bişmiş brokoli orqanizmə əlavə yük yaratmadan vitamin təmin edir. Qırmızı ətin axşam saatlarında istehlakı tövsiyə edilmir, çünki gec həzm olunur. Yulaf və ya qarabaşaq sıyığı kimi yüngül taxıllar isə mədəni rahatlaşdırır. Paxlalılar qaz əmələ gətirdiyi üçün axşam yeməyində az miqdarda istifadə olunmalıdır. Turş və ədviyyatlı yeməklər axşam vaxtı reflüks və ya mədə yanması yarada bilər.
Çiy tərəvəzlər yerinə bişmiş və ya buğda hazırlanmış formaları daha uyğundur. Yaşıl çay və ya isti su yeməkdən sonra həzmi sürətləndirə bilər. Axşam yeməyinin yuxudan azı iki saat əvvəl yeyilməsi tövsiyə edilir. Bu yanaşma həm yuxu keyfiyyətini artırır, həm də metabolizmanı tənzimləyir.