SM-Clinic Reproduktiv Sağlamlıq Mərkəzinin uroloq-androloqu Artur Boqatırev bildirib ki, ispanaq və qoz-fındıqların həddindən artıq istehlakı böyrək funksiyasının pozulmasına gətirib çıxarır.

Foodinfo.az bildirir ki, “İzvestiya” qəzetinə müsahibəsində ekspert qeyd edib ki, ispanaq və qoz-fındıq, həmçinin kartof qızartması, çips, turşəng, çuğundur, kəpək və şokoladda çoxlu miqdarda oksalat var.

"Ət və qaraciyər kimi purinlərlə zəngin qidalarla da diqqətli olmaq lazımdır. Bu birləşmələr sidik turşusunun əmələ gəlməsini stimullaşdırır ki, bu da böyrəklərin həddindən artıq yüklənmə altında işləməsinə səbəb olur".

Mütəxəssisin fikrincə, yüksək kalium tərkibinə görə avokadonun istehlakını da məhdudlaşdırmaq lazımdır ki, bu da yavaş nəbz və zəiflik hissi ilə ifadə olunan hiperkalemiyaya səbəb ola bilər.