Toyuq əti zülal baxımından zəngin, sağlam və tez hazırlanan qida növlərindən biridir. Lakin düzgün bişirilmədikdə, xüsusilə az bişmiş və ya çiy halda yeyildikdə bu faydalı qida ciddi sağlamlıq risklərinə səbəb ola bilər. 

Foodinfo.az xəbər verir ki, toyuq əti digər ət növləri ilə müqayisədə daha həssasdır və tez bir zamanda bakteriyalarla çirklənə bilər. 

Salmonella - Az bişmiş toyuq ətində ən çox rast gəlinən bakteriyalardandır. Bu bakteriya insan orqanizminə keçdikdə 6-72 saat ərzində ishal, ürəkbulanma, qusma və qızdırma kimi əlamətlərə səbəb olur.

Campylobacter - Hətta çox az miqdarda belə çiy və ya az bişmiş toyuqdan insan orqanizminə keçə bilər. Nəticədə bağırsaq infeksiyaları, bəzən isə sinir sistemi problemləri yarana bilər.

Listeria - Xüsusilə yaşlılar, hamilələr və immun sistemi zəif olan insanlar üçün risklidir. Uşaqlarda doğuşdan sonra ciddi fəsadlara yol aça bilər.

Toyuq əti tam şəkildə 75°C-də bişirilməlidir. Daxili hissələrdə çəhrayı rəng və ya qan izi qalmamalıdır. Bişmiş toyuğun suyu şəffaf olmalıdır, bulanıq və ya qırmızımtıldırsa, tam bişməyib.  

Həmçinin çiy toyuqla təmasda olan bıçaqlar, doğrama taxtaları və əllər də infeksiya yayılmasına səbəb ola bilər. Çiy və bişmiş toyuq ayrı qabda saxlanmalı, eyni səthlərdə hazırlanarkən təmizlənməlidir.  

Toyuğun düzgün şəkildə soyudulması da önəmlidir. Soyuducuda 4°C-dən aşağı temperaturda saxlanmalıdır.