
Qreypfrut tərkibindəki furanokumarin maddəsi ilə bəzi dərmanların təsirini dəyişə bilir. Xüsusilə təzyiq, xolesterin və ürək dərmanları ilə birgə qəbul edildikdə təhlükəli qarşılıqlı təsir yaradır. Bu maddə qaraciyərdə fermentləri bloklayaraq dərmanların orqanizmdə parçalanmasını ləngidir.
Foodinfo.az bildirir ki, nəticədə dərmanın təsiri güclənə və ya zərərli ola bilər. Yaşlı insanların bir çoxu gündəlik olaraq müntəzəm dərman qəbul etdiyindən, qreypfrut onların sağlamlığı üçün risk daşıyır. Tədqiqatlara görə, qreypfrut bəzən dərmanların təsirini üç-dörd dəfə artıra bilər.
Bu isə zəhərlənmə, təzyiqin kəskin enməsi və ürək ritmində pozulmalara səbəb ola bilər. Xüsusilə beta-blokatorlar və statin qrupuna aid dərmanlar üçün bu təsir daha güclüdür. Həkimlərin tövsiyəsinə görə, bu meyvə ilə yanaşı qreypfrut suyu da rasiondan çıxarılmalıdır.
Əvəzində portağal və ya alma kimi neytral meyvələr seçilə bilər. Dərman qəbul edən yaşlı şəxslərin meyvə seçimində həkimlə məsləhətləşməsi vacibdir. Profilaktik məqsədlə belə olsa, qreypfrut istifadəsi diqqətlə nəzarət altında olmalıdır.