Dietoloq və tibb elmləri doktoru Mariyat Muxina bildirib ki, gecə yemək qanda şəkərin səviyyəsini artırır. Foodinfo.az xəbər verir ki, “Moskva 24” saytı ilə söhbətində  ekspert qeyd edib ki, insulin sistemi və mədəaltı vəzinin bu cür həddən artıq yüklənməsi pankreatit, şəkərli diabet və digər patologiyalara səbəb ola bilər.

"Damarlardan "şirin qan" axdıqda, kapilyar çatışmazlıq və orqan hipoksiyası baş verir" - deyə Muxina bildirib.

Mütəxəssisin sözlərinə görə, yağlı və zülallı qidalar da qanda lipidlərin artmasına və aterosklerozun artmasına səbəb olur ki, bu da infarkt və insult riskini artırır.