Yaş düyü və ya bişmiş düyü otaq temperaturunda saxlanılarsa, bakteriya sporlarının aktivləşməsinə və böyüməsinə səbəb ola bilər. Bu bakteriyalar daha sonra bişirmə və ya yenidən qızdırmaqla təsirsiz hala gətirilməyən toksinlər istehsal edir. Bu toksinlər ağır mədə-bağırsaq xəstəliklərinə səbəb ola bilər. Odur ki, yuyulmuş və ya bişmiş düyünü otaq temperaturunda uzun müddət saxlamadığınızdan əmin olun.

 Foodinfo.az xəbər verir ki, düyü Asiya və Afrikada milyardlarla insanın əsas qidasıdır. Bu qida maddəsi toyuq taxinindən tutmuş italyan risottosuna və ispan paellasına qədər bir çox reseptlərə də daxildir. 

Kulinariya mütəxəssisləri iddia edirlər ki, düyü bişməzdən əvvəl yuyulmaqla onun tərkibindəki nişasta azalır, lakin tədqiqatçılar bu nişastanın düyü dənəsinin içərisində deyil, düyünün səthində olan nişastanın (amiloza) olduğunu bildirirlər. 

Tədqiqatçılar müəyyən ediblər ki, düyünün yapışqanlığına səth nişastası (amiloza) deyil, bişirmə prosesi zamanı düyü dənəsindən ayrılan amilopektin adlı fərqli nişasta səbəb olur. Bu nişastanın miqdarı müxtəlif düyülərdə fərqlidir. 

Tədqiqatlar göstərib ki, düyünün yuyulması onun tərkibindəki arsenin təxminən 90%-ni çıxarır. Bu da orqanizmin sağlamlığı üçün vacib olan mis, dəmir, sink və vanadium kimi böyük miqdarda digər qida maddələrinin itirilməsinə səbəb olur.

Düyüdə arsenin miqdarı becərildiyi yerdən, düyünün növündən və bişirilmə üsulundan asılı olaraq dəyişir. 

Bir sözlə, düyünün bişməzdən əvvəl yuyulmasının onun bakterial tərkibinə heç bir təsiri yoxdur, çünki yüksək bişirmə temperaturu bütün mövcud bakteriyaları məhv edir.

Bişmiş düyü və ya yuyulmuş düyü otaq temperaturunda nə qədər saxlamağınız daha çox narahatlıq doğurur.