BMT nümayəndələri gələn həftə Cenevrədə Rusiya tərəfi ilə danışıqlar aparacaqlar. Bu barədə Foodinfo.az Rusiya KİV-ə istinadən xəbər verir. 


Görüş zamanı “taxıl sazişi” ilə bağlı məqamlar müzakirə olunacaq. Rusiya taxılının və gübrəsinin ixracı məsələlərinə toxunulacaq.


Qeyd edək ki, martın 18-də “taxıl sazişi”nin müddəti başa çatır. Hazırda sazişin uzadılması məsələsi gündəmdədir.

Leyla