Qızardılmış kartofun dadlı qidalar qrupuna daxil olması şübhəsizdir, lakin hər gün və ya həftədə bir neçə dəfə qızardılmış kartofdan istifadə edənlər bu zərərli qidanın mənfi nəticələri ilə qarşılaşacaqlar.

 Foodinfo.az xəbər verir ki, həftədə 2 porsiyadan çox qızardılmış kartofun müntəzəm və uzunmüddətli istehlakı erkən ölüm riskini iki dəfə artıra bilər. Tədqiqatçılar bildirirlər ki, bu mənfi nəticə kartof qızartmaq üçün istifadə olunan yağlarla bağlıdır.

 Aşağıda qızardılmış kartofun həddindən artıq istehlakının digər mənfi nəticələri verilib.

1.Yağların əsasən karbohidrat və zülallardan daha yavaş həzm edildiyini və bu yağlar sayəsində qızardılan kartofun kalorilərinin artdığını nəzərə alsaq, qızardılmış kartofun həzm sistemində daha uzun müddət qaldığı üçün mədə və həzm sisteminizdə problemlər yaranacaq. Bu mədə ağrılarına səbəb olur, eyni zamanda qarın bölgəsində ürəkbulanma, ishal, şişkinlik və əzələ krampları kimi digər simptomlar da özünü göstərir.

2. Beyin dumanı problemi ilə qarşılaşırsınız

Qızardılmış kartof, xüsusən də dərin qızartmaqla hidrogenləşdirilmiş yağda hazırlanan kartoflar trans yağlarla zəngindir. Bu yağlar birbaşa pis qan xolesterolunu (LDL) artırır və yaxşı qan xolesterolunu (HDL) aşağı salır. Bu prosesin uzun müddətdə təkrarlanması ürək xəstəlikləri riskini artırır. Qanda uzun müddət yüksək səviyyəli trans-sənaye yağları demans və ya Alzheimer xəstəliyinin inkişaf riskini 75% artırır. Buna görə də qızardılmış kartof beyin sağlamlığı üçün zərərli qidalardan biridir.

3. İmmunitet sistemi zədələnir

 Pəhrizdə yüksək səviyyədə yağlı qidalar (məsələn, qızardılmış kartofun müntəzəm və ardıcıl istehlakı) bağırsaq mikrobiomuna zərər verə bilər. Bağırsaqların orqanizmin immun sisteminə kömək etməsində xüsusi rolu olduğuna görə, qızardılmış kartofun ardıcıl və müntəzəm istifadəsi müxtəlif xəstəliklərə yoluxma riskini artırır.

4. Ürək xəstəliyi və insult riskini artırır

Əgər həftədə 3 dəfə qızardılmış kartof yeyirsinizsə, infarkt və insult riski 7% artır. Hər gün qızardılmış kartof yeyirsinizsə, bu riski 15%-ə qədər yüksəlir. Tədqiqatçılar son araşdırmalarında qızardılmış kartofun müntəzəm istehlakının ürəyin işemik xəstəliyi ilə əlaqəli olduğunu da aşkar ediblər.

5. Çəkini artırır

Bu qidanın həddindən artıq istehlakının çəki artıracağı aydındır, qızardılmış kartof istehlakı birbaşa piylənmə ilə bağlıdır.