Osaka Universitetinin tədqiqatçılarının yeni araşdırması göstərib ki, gündə iki və ya daha çox fincan qəhvə içmək yüksək qan təzyiqi olan insanlarda ürək-damar xəstəliklərindən ölüm riskini iki dəfə artıra bilər.

 Foodinfo.az xəbər verir ki, bir sıra tədqiqatlar göstərir ki, müntəzəm olaraq qəhvə içmək 2-ci tip diabet və bəzi xərçəng kimi xroniki xəstəlikləri və depressiya riskini azaltmağa kömək edir, lakin mənfi tərəfi odur ki, çox qəhvə qan təzyiqini artırır, ürək döyüntüsü və yuxu pozğunluğuna səbəb olur.

Gündə iki və ya daha çox fincan qəhvə içmək qan təzyiqi 100/160 mmHg və ya daha yüksək olan insanlarda ürək-damar xəstəliklərindən ölüm riskini iki dəfə artırır.

Tədqiqatçılar əlavə edib ki, bizim tapıntılarımız yüksək qan təzyiqi olan insanların çox qəhvə içməkdən çəkinməli olduqlarını təsdiqləyir. Yüksək qan təzyiqi olan insanlar kofeinin təsirinə daha həssas olduqları üçün kofeinin zərərli təsiri qoruyucu təsirindən daha çox ola bilər və hətta bu insanlarda ölüm riskini artıra bilər.