Üzümün müntəzəm istehlakı insanın ömrünü bir neçə il uzada bilər. Foodinfo.az xəbər verir ki, bu barədə doktor Con Pezzuto Gloucestershire Live-ə müsahibəsində bildirib. Onun sözlərinə görə, üzüm dadlı olmaqla yanaşı, həm də güclü qida mənbəyidir. Giləmeyvə antioksidantlar və xolesterolu azaldan və iltihabı yatıran kimyəvi maddələrlə zəngindir. Bu da öz növbəsində ürək-damar xəstəlikləri riskini azaldır. Həkim əlavə edib ki, onun komandası eksperimental olaraq üzümün müntəzəm istehlakının laboratoriya siçanlarının sağlamlığına müsbət təsir etdiyini müəyyən edə bilib.

Məhsul Alzheimer xəstəliyindən qoruyur və sağlam olmayan qidaların orqanizmə mənfi təsirini azaldır.