Tərkibində A,C və E vitaminləri olan, minerallarla zəngin məhsullar orqanizmdə antioksidant rolunu oynayır.

Bu barədə Foodinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir.

Sözügedən məhsullar həmçinin ürək-damar xəstəlikləri, xərçəngə qarşı orqanizmi qoruyurlar. 

Bu məhsullar sırasına avokado, badam, brokoli, şokolad, alma, kök, qəhvə, mərcimək, nar, noxud, çuğundur, badımcan, portağal, qızılbalıq və s. daxildir.

Antioksidantlarla zəngin bu məhsulların gündəlik 400 qrama yaxın istifadə edilməsi ekspertlər tərəfindən tövsiyə edilir.

Fərid