Kaju qozu beyin sağlamlığı üçün çox faydalı qidalardan biridir. Onun tərkibindəki faydalı yağlar, vitaminlər və minerallar beyində funksiyaların dəstəklənməsinə və qorunmasına müsbət təsir göstərir. 

Foodinfo.az kajunun beyinə olan əsas faydalarını təqdim edir:

– Yaddaşı və konsentrasiyanı gücləndirir

Kaju maqnezium, sink və B qrupu vitaminləri ilə zəngindir. Bu maddələr sinir sistemini dəstəkləyir və yaddaşın güclənməsinə, diqqətin artmasına kömək edir.

– Stressi və əsəbilik hissini azaldır

Tərkibindəki maqnezium sinir sistemini sakitləşdirir, kortizol (stress hormonu) səviyyəsini tənzimləyir. Bu da əhval-ruhiyyəni yaxşılaşdırır.

– Serotonin səviyyəsini artırmağa kömək edir

Kajuda triptofan adlı amin turşusu var. Triptofan beyində serotonin adlı "xoşbəxtlik hormonu"nun yaranmasına kömək edir. Bu, depressiyaya qarşı qoruyucu təsir göstərir.

– Antioksidant təsiri ilə beyni qoruyur

Kaju E vitamini və digər antioksidantlarla zəngindir. Bu maddələr hüceyrələri sərbəst radikallardan qoruyaraq beyinin yaşlanmasının qarşısını alır.

– Alzheimer və Parkinson riskini azalda bilər

Antioksidant və iltihabəleyhinə təsirləri sayəsində kajunun beyin hüceyrələrinin degenerasiyasını yavaşlatdığı düşünülür.

Gündə 6–8 ədəd kaju yemək kifayətdir. Həm ləzzətli, həm də beyin üçün faydalı olan bu çərəzi duzsuz və qızardılmamış formada seçmək daha məqsədəuyğundur.