
Yaşıl çay təbii antioksidantlarla zəngindir və həzm sistemini gücləndirir. Foodinfo.az bildirir ki, dietoloqlar şəkərsiz yaşıl çayın mədə-bağırsaq funksiyalarını yaxşılaşdırdığını qeyd edir. Bu içki piylərin parçalanmasını sürətləndirir və metabolizmi artırır.
Yaşıl çay iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Onun tərkibində olan katexinlər qəbizlik və mədə narahatlığını azaldır. Dietoloqlar gündə 2-3 fincan şəkərsiz yaşıl çay içməyi məsləhət görür. Lakin gec saatlarda qəbul edilərsə, yuxu pozğunluğuna səbəb ola bilər. Həmçinin hamilə və süd verən qadınlar bu çayı məhdud şəkildə qəbul etməlidir.
Yaşıl çay həzm sistemini rahatladığı üçün pəhriz zamanı faydalıdır. Bu içkinin təbii tərkibi orqanizmin detoks prosesinə dəstək verir. Mütəxəssislər çayın kofein miqdarına diqqət yetirməyi tövsiyə edir. Sağlam həyat tərzi ilə yanaşı yaşıl çay faydalarını artırır.