Səhər yeməyi günün ən vacib yeməyi hesab olunur, lakin bütün qidaları acqarına yemək olmaz. Foodinfo.az Championat.com-a istinadən xəbər verir ki, mütəxəssislər səhər saatlarında hansı qidaların qəbul edilməməsi lazım olduğunu bildiriblər.
Portağal suyu. Sitrus meyvələrində olan turşu mədə yanmasına səbəb ola bilər. İstisna limon suyudur, çünki içindəki şirə su ilə çox seyreltilir.
Yoqurt. Fakt budur ki, məhsulun tərkibindəki faydalı laktik turşu bakteriyaları acqarına düzgün sorulmur. Mədə turşusu bağırsaqlara çatmadan bütün faydalı maddələri öldürür.
Çiy tərəvəzlər. Bu cür qidalar şişkinliyə səbəb ola bilər.
Banan. Tərkibində qlükoza olan digər qidalar kimi qan şəkərinin səviyyəsinin artmasına səbəb olur. Nəticədə insan yenidən yemək istəyir.