Turşu kələm xüsusilə soyuq mövsümdə immunitet sisteminin gücləndirilməsində və bağırsaq mikrobiomunun bərpasında əsas köməkçidir. Bununla belə, hər kəs məhsulu yeyə bilməz. Foodinfo.az xəbər verir ki, diyetoloq Yelena Solomatina bu barədə danışıb. Bildirib ki, xora, qastrit kimi mədə-bağırsaq xəstəlikləri üçün duzlu kələm məhsulları zərərli ola bilər.
Elena Solomatina həmçinin qeyd edib ki, kələm qalxanabənzər vəzlə bağlı problemlər yaradda bilər. Çünki o bu orqanla əlaqəli xüsusi hormonların istehsalına mane olur. Mədə-bağırsaq traktında və endokrin sistemdə heç bir problem yoxdursa, duzlu kələm yemək olar.