Dəmir minerallarının orqanizmdə azlığı saç sağlamlığına mənfi təsir göstərir. Foodinfo.az xəbər verir ki, dietoloq Dr. Lisa Young “Healthline” portalına açıqlamasında, dəmir çatışmazlığının qadınlarda və kişilərdə saç tökülməsinin əsas səbəblərindən biri olduğunu bildirib.

O, deyib ki, dəmir orqanizmdə oksigen daşınmasına kömək edən hemoglobinin tərkib hissəsidir və onun azlığı saç follikullarına zərər verir. Dietoloq, dəmirli qidaların – ət, balıq, paxlalılar və yaşıl yarpaqlı tərəvəzlərin istehlakını artırmağı tövsiyə edir. Dr. Young həmçinin, dəmir əlavələrinin həkim məsləhəti ilə qəbul edilməsinin vacibliyini qeyd edib.