Yuxu problemi yaşayan insanlar üçün bəzi təbii qidalar böyük fayda verə bilər. Foodinfo.az xəbər verir ki, britaniyalı dietoloq Dr. Emma Stevenson “Healthline” portalına verdiyi açıqlamada yulaf, badam və bananın melatonin və maqnezium kimi yuxu hormonu istehsalını dəstəkləyən maddələrlə zəngin olduğunu bildirib.

Onun sözlərinə görə, xüsusilə yatmazdan əvvəl yüngül və təbii məhsulların qəbulu orqanizmin rahatlamasına və dərin yuxuya keçidə kömək edir. Dr. Stevenson kofein və şəkərdən uzaq durmağı tövsiyə edib, çünki onlar yuxunu poza bilər.

Dietoloq əlavə edib ki, gün ərzində kifayət qədər su içmək də yuxu ritmini tənzimləməyə müsbət təsir göstərir.