Dünya sakinlərinin təxminən üçdə biri dəmir çatışmazlığından əziyyət çəkir və iki yaşdan yuxarı hər səkkiz nəfərdən biri bu mineralı qida rasionundan qeyri-kafi miqdarda alır.

Dəmir səviyyəsinin azalması bədəndə toxuma hipoksiyasına səbəb olur. Bu zaman qalxanabənzər vəzin işində anormallıqlar baş verir, metabolik proseslər yavaşlayır, saçın, dırnaqların və dərinin keyfiyyəti azalır.

Həkimlər bildirir ki, dəmirin sorulmasına mane olan qidalar var. Mineral tərkibinin səviyyəsi artıq azalıbsa, ilk növbədə onlara diqqət yetirməlisiniz.

Turşəng və ispanaq kimi bitkilər yüksək miqdarda oksalat turşusuna malikdir. Buna görə  də dəmirin udulmasına mane olur. Buğda isə öz növbəsində bağırsaqlardan dəmirin qana sorulmasını pozan fosfat və fitatlarla zəngindir.

Süd dəmirlə qarşılıqlı əlaqədə olan kalsiumla zəngindir, onun udulmasına mane olur. Süd məhsullarından imtina etmək lazım deyil. Əsas odur ki, onları dəmirlə zəngin qidalarla birləşdirməyin.

Fərid