Dəniz duzunun tərkibində bədən üçün faydalı olan elementləri var. Adi xörək duzundan fərqli olaraq natrium xloriddən başqa maqnezium və kalium duzları yer alır.

Həm kalium, həm də maqnezium metabolik proseslərin normal gedişi üçün, xüsusən də ürək, beyin və bağırsaqların tənzimlənməsi üçün lazımdır.

Kalium ürəyi bir qədər ləngidir, aritmiya ehtimalını azaldır. Maqnezium da eyni təsirə malikdir, üstəlik beyinə harmonik təsir göstərir, həmçinin bağırsaqların və öd kisəsinin fəaliyyətini tənzimləyir

Gündə 5 qramdan çox olmayan dəniz duzu istehlak etmək tövsiyə olunur. Onu həm isti, həm də soyuq yeməklərə əlavə etmək olar.

Leyla