Pis vərdişlər sağlamlığın düşmənləridir, lakin qocalmanı sürətləndirən və ciddi xəstəliklərə səbəb olan yalnız siqaret və alkoqol deyil, zərərli qidaların təsiri daha pisdir.
Foodinfo.az xəbər verir ki, bu barədə doktor Aleksandr Myasnikov danışıb.
Onun sözlərinə görə, ən təhlükəli qidalar kolbasa və sosiskalardır. İstehsalçılar inkar etsələr də, istənilən kolbasa məhsulunda şəkər, trans yağlar, soya, "ət kleyi" kimi zərərli maddələr mövcuddur. Bu məhsullar çox zaman ətin özündən daha ucuz olur, ona görə də düşünməyə dəyər.
Myasnikov kolbasa sevənlərə onu qaynadılmış və ya sobada bişmiş ətlə əvəz etməyi məsləhət görür. Onun sözlərinə görə, rostbif mağazada alınan kolbasadan qat-qat daha faydalıdır.
Ekspert vurğulayıb ki, piylənmə, diabet və xərçəng xəstəliklərindən uzaq olmaq üçün qidalanmaya diqqət etmək vacibdir.