Kərə yağı ilə hazırlanan buterbrod bir müddət aclığınızı aradan qaldırmaq üçün sadə və tanış bir üsuldur. Bəziləri üçün isə yağ-çörək gündəlik səhər yeməyidir. Lakin belə bir  qəlyanaltının faydası azdır, bəzi hallarda isə bu, hətta orqanizminizə zərərli ola bilər. 

Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq Kirill Strelnikov “Podmoskovye seqodnya” internet nəşrinə müsahibəsində danışıb.

İlk növbədə artıq çəkili insanlar risk altındadır - buterbrodda çoxlu kalori və yağ var. Eyni zamanda, yağ-çörək yemək vərdişi sağlamlığa zərər verə bilər. Diabet xəstələri buterbrodun qanda şəkər səviyyəsini kəskin şəkildə artırdığını təsdiqləyə bilərlər.

"Laktozaya qarşı dözümsüzlüyü olan insanların da kərə yağı çəkilən çörəkdən imtina edib daha sağlam qidanlanmaya keçmələri məsləhətdir. Bundan əlavə, çörəyin tərkibində allergiya xəstələri üçün də təhlükəli maddələr var ki, qaşınma, dəri səpgiləri və ya şişkinlik kimi xoşagəlməz simptomlara səbəb ola bilər", - deyə diyetoloq vurğulayıb.

Həmçinin, mədə xorası və ya xroniki qastrit kimi mədə-bağırsaq traktı xəstəliklərindən əziyyət çəkənlər üçün yağ-çörəyi həzm etmək çətin ola bilər.

Bunlara baxmayaraq, gün ərzində az miqdarda kərə yağı və ya bir tikə tam buğda çörəyi bədənə zərər verməyəcək.

Nərmin